Müharibə başlayandan bəri Ukraynanı tərk edənlərin sayı 5 milyona yaxınlaşır.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Aprelin 14-nə olan məlumata görə, 4 796 245 ukraynalı Ukraynanı tərk edib. BMT sərhəd ölkələrindən gedən və evə qayıdan şəxsləri saymır:
"Ukraynadan qaçanlar arasında ikili vətəndaşlığı olan Ukrayna vətəndaşları da var", - departament qeyd edib.
İnsanların böyük əksəriyyəti Şengen müqaviləsi ölkələrinə (Macarıstan, Polşa, Slovakiya) gedib, ölkələr arasında sərhəd nəzarətinin olmaması səbəbindən onların Avropada sonrakı hərəkəti barədə dəqiq məlumat yoxdur. 2,7 milyon ukraynalı Polşaya, Rumıniyaya - 727 min, Macarıstana - 447 min, Moldovaya - 419 min gedib. Daha 329 min nəfər isə Slovakiyaya gedib.
Leyla Demokrat.az


