Gündəm

"Qardaşım Məhərrəm Əliyevin heç bir ticarətlə bağlı obyektlərə əlaqəsi yoxdur" — Deputat Adil Əliyev

Qardaşım Məhərrəm Əliyevin heç bir ticarətlə bağlı obyektlərə əlaqəsi yoxdur — Deputat Adil Əliyev

Milli Məclisin deputatı Adil Əliyev ötən gün yanan “Diqlas” Ticarət Mərkəzinin sahibi kimi qardaşı Məhərrəm Əliyevin adının hallandırılmasına münasibət bildirib.

Demokrat.az xəbər verir ki, Adil Əliyev sözügedən ticarət mərkəzi ilə heç bir bağlılıqları olmadığını deyib:

"Dostlar, 26 mart tarixində, Bakının Nizami rayonu ərazisində, yanan “Diqlas” Ticarət Mərkəzi ilə əlaqədar, böyük qardaşım Məhərrəm Əliyevin adının hallanmasına görə, münasibət bildirmək istəyirəm. Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir Ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsi yoxdur.

O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun TM-nin adı “Ramal”dı. Oda Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas” istərsədə “ Ramal”, özlərinin sağlığına qismət olsun.

Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır".

D
demokrat.az