Gündəm

“Moskva” kreyserinin batması Rusiya ordusunun imicinə vurulan ən güclü zərbədir”

“Moskva” kreyserinin batması Rusiya ordusunun imicinə vurulan ən güclü zərbədir”

"Moskva" kreyseri fırtına və yedəkləmə nəticəsində batdı. Bunu politoloq Sergey Markov visiontv.az saytına açıqlamasında bildirib.

O qeyd edib ki, bu barədə artıq Rusiya Müdafiə Nazirliyi rəsmi bəyanat verib. "Moskva" kreyseri Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı və qüruru idi: "Ona görə də bu, Rusiya ordusunun imicinə və mənəviyyatımıza vurulan ən güclü zərbədir. Bu isə bizim düşmənləri sevindirir və onların Rusiya üzərində qələbəyə inamını gücləndirir. Rus ordusu cavab verməlidir, yəni vurmalı, düşməni darmadağın etməli, xalqı azad etməlidir. Buna görə də, "Moskva" kreyserinin batmasının nəticəsi olaraq hərbi əməliyyatların sürətini artırmaq lazımdır.

Demokrat.az

D
demokrat.az