“Zəngəzur dəhlizinin açılması bölgə ölkələri arasında iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək”.
Bunu Demokrat.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib:
“Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Çox təəssüf ki, Ermənistan indiyədək 10 Noyabr Bəyannaməsinin bəndlərinə əməl etməyib. Zəngəzur dəhlizinin açılması da həmin şərtlərdən biridir”.
V.İskəndərov hazırda Ermənistanın bu və ya digər formada prosesləri ləngitdiyini diqqətə çatdırdı:
“Ermənistan bilsin ki, bunu əbəs yerə edir. Çünki Ermənistan hansısa maneə törətməyə cəhd etsə, itirən də, uduzan da özü olacaq. Zəngəzur dəhlizinin açılması bölgə dövlətləri ilə yanaşı, Ermənistan üçün də çox vacibdir. Bu dəhliz Ermənistan iqtisadiyyatının dirçəldilməsinə də müsbət təsir edəcək. Cənab Prezident ötən gün çıxışında fikrini bir daha qətiyyətlə söylədi və Zəngəzur dəhlizinin açılmasının mütləq olduğunu vurğuladı”.
Aynurə Demokrat.az


