Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, yanğın nəticəsində “Moskva” kreyserinin raketləri zədələnməyib: ""Moskva" kreyseri işlək vəziyyətdə qalır. Əsas raket silahı zədələnməyib. Kreyserin ekipajı isə ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib."
Müdafiə Nazirliyindən bildiriblər ki, alovun mənbəyi lokallaşdırılıb, döyüş sursatlarının partlaması isə dayanıb. Hazırda ekspertlər gəminin limana çəkilməsi və hadisənin baş vermə səbəblərini müəyyənləşdirmək üzərində işləyirlər.(visiontv.az)
Demokrat.az


