Gündəm Özəl

Deputat: “Zəngilan hava limanı bölgənin inkişafında böyük rol oynayacaq”

Deputat: “Zəngilan hava limanı bölgənin inkişafında böyük rol oynayacaq”

“Zəngilan hava limanı bölgənin inkişafında böyük rol oynayacaq”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Rüfət Quliyev deyib. Millət vəkili qeyd edib ki, Zəngilan hava limanı bütövlükdə bölgənin inkişaf və texnoloji səviyyəsinin qalxmasına səbəb olacaq:

“Bildiyimiz kimi, cənab Prezident Zəngilanda hava limanının tikintisinin artıq başa çatdığını vurğuladı. Ümumiyyətlə, Zəngilanın iqtisadi inkişafı üçün nəqliyyat şəbəkəsinin qurulması vacibdir. Qeyd edim ki, Zəngilanda hava limanının olmasının iki mühüm əhəmiyyəti var. Birincisi, bu iqtisadi tərəfdən Qarabağ və Zəngəzur regionunun inkişafı üçün önəmlidir. Yəni, bu hava limanı gələcəkdə turizmin, iqtisadiyyatın, nəqliyyatın inkişafında mühüm paya sahibdir. İkincisi də, bütün dünya bizə şahid olur ki, biz öz torpaqlarımızı inkişaf etdiririk. Biz öz gücümüzə investisiya, yatırım qoymağa hazırıq. Yəni, biz dediyimiz sözdən, hansısa bir amalımızdan, fikrimizdən geri dönmürük. Cənab Prezidentimizin də dediyi kimi, biz onu axıra qədər çatdırırıq”.

Aynurə Demokrat.az

D
demokrat.az