Kriminal

Bakıda 25 yaşlı gənc kürəyindən bıçaqlandı

Bakıda 25 yaşlı gənc kürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1997-ci il təvəllüdlü Qasımov İlfat Elşən oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az