Dünən Pakistan parlamentariləri Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifi yeni baş nazir seçildi. Bəs, Pakistanın xarici siyasətində dəyişiklik olacaqmı?
Məsələ ilə bağlı politoloq Turan Rzayev Demokrat.az-a açıqlama verib. Politoloq hesab edir ki, İmran Xandan sonra hakmiyyətə kimin gəlməsindən asılı olmayaraq Pakistanın xarici siyasətində bəzi ölkələrə qarşı kəskin dəyişikliklər olmayacaq:
“Pakistanın iqtisadi və xarici siyasətinin Şərif dövründə Azərbaycan və Türkiyəyə qarşı dəyişəcəyi az proqnozlaşdırılandır. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şahbaz Şərifi Pakistanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edib. Bu özlüyündə rəsmi Ankaranın Şahbaz Şərif hakimiyyətini tanıdığını, bundan sonra da iki ölkə arasında münasibətlərin davam edəcəyini göstərir. Azərbaycana gəldikdə isə rəsmi Bakının da Ankaradan fərqli mövqe sərgiləyəcəyi inandırıcı deyil”.
Aynurə Pənahqızı Demokrat.az


