Fransa Rusiyanın ölkədəki 6 diplomatını "persona non-qrata" elan edib.
Demokrat.az-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik üzrə Baş İdarə aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı üzə çıxarıb.
Diplomatik pərdə altında fəaliyyət göstərən və fəaliyyətləri milli maraqlarımıza zidd olan altı Rusiya agenti persona non-qrata elan edilib", - deyə açıqlamada bildirilir.


