Gündəm Özəl

Qərblə Şərqin müharibəsi: məhv olan sivilizasiyalar və gözlənilməz nəticələr —TƏHLİL

Qərblə Şərqin müharibəsi: məhv olan sivilizasiyalar və gözlənilməz nəticələr —TƏHLİL

Bu gün dünya çoxqütblüdür (ABŞ, Rusiya, Çin və s.), halbuki yalnız monoqütblü dünya düzənində bütün dövlətlər istər-istəməz dominant dövlətə itaət edərək və ondan qorxaraq dünya hökumətinin formalaşması barədə razılığa gələ bilərlər. Bizi bunu anlamaq üçün kiçik bir məntiqi araşdırma kifayət edir.

Vahid dünya nizamına can atan Rusya və ABŞ üçün ən böyük maneə biri-birinə qarşı olan soyuq münasibətlər və ondan sonra Çin (iqtisadi cəhətdən ən güclü), Şimali Koreya və İrandır.

Müqavimət dövlətinin hərbi qüdrətini artıran ABŞ və Rusiya oxu potensizlı zəif olan dövlətlərə yönəldiblər və ilk növbədə, ABŞ Rusiyanı, Rusiya isə ABŞ-ı sıradan çıxarılmasını ön planda tutub. çox gözəl anladı ki, bundan sonra Çini, İranı, Şimali Koreyanı müqavimət mənbəyi kimi özünə tabe etdirərək, bütünlüklə aradan qaldırdı. Belə ki, NATO başda olmaqla ABŞ-ın niyə Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibə aparması indi aydın oldumu?

“TASS”-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri və professorları ilə görüşündə bildirib ki, “Rusiya ilə digər suveren ölkələr arasında qarşıdurmaların yaranması birləşmiş Qərb dünyasının əsas məqsədidir”.

Bəli, Qərbin məqsədi budur və Kollektiv Qərbə rəhbərlik edən ABŞ-ın son məqsədi isə ən azı, dünya hökumətini formalaşdırmaq və qurmaqdır. Bu mənada vahid dünya nizamının yaradılması da məqsədə çatmaq üçün müharibələr vasitə sayıla bilər. Təssədüfü deyil ki, bir çox analitik və ekspertlər dünyada gedən müharibələrin zahirdə görünən kimin deyil - düşmənin ərazilərini işğal etmək, onun digər mineral ehtiyatlarını ələ keçirmək və s. kimin əsas məqsədlərdən birini və bu müharibələrin arxasında duran qüvvələrin maraqlarının bölüşə bilmədikləri olduğunu bildirirlər.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri bəyan etmişdi ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat Qərbin anti-Rusiya layihəsini (bu, yəqin ki, vahid dünya nizamının yaradılması deməkdir) iflasa uğratdı. Lavrovun sözlərinə görə, Qərb ölkələrinin düşmən planları kontekstində Moskvanın hərbi əməliyyatlara başlamaq üçün alternativi yox idi. O, genişmiqyaslı əməliyyatları Qərbin anti-Rusiya sanksiyalarının planlarının iflasa uğramasına reaksiyası adlandırıb. Yəni Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı və minlərlə günahsız mülki insanların həlak olması eyni zamanda mülki İnfrastrukturların dağıdılması bir Qütbün digər Qütbə qarşı əzələ nümayişinin zəiflətməsi məqsədi daşıdığı bizdə şübhə doğurmamalıdır.

Amma eyni zamanda nəzərə alaq ki, Qərb, xüsusən də ABŞ indiyə qədər bir sıra ölkələrdə öz anti-Rusiya layihəsini qismən də olsa, Sorosun öz mediası vasitəsilə reallaşdıra bilib.

Təbii ki, bu istiqamətdə Rusiyada öz növbəsində vətəndaş cəmiyyəti adlanan digər QHT-lər, siyasi xadimlər və bir sözlə, beşinci kalon vasitəsilə Ukrayna əhalisinin bir hissəsinin şüurunu zəhərləməkdən geri qalmayıb. Hər iki Qütb illərlə Ukraynda anti-Rusiya və anti-Qərb-ABŞ ritorikası ilə Maydan hazırlığı apararması və həyata keçirmsi nəticəsindədir ki, İndi böyük bir miqyaslı Rusiya-Ukrayna hərbçiləri, Rusya-Qərb-ABŞ arasında qarşıdurma baş verib.

İndiki və getdikcə daha geniş miqyaslı anti-Rusiya sanksiyalarına gəlincə, bu sanksiyalar həm də Ukrayna ordusunun genişmiqyaslı əməliyyatlarından sonra da Qərbin Rusiyaya qarşı planının bir hissəsi olaraq qalacaq. Qərb yuxarıda qeyd olunan sanksiyalarla Rusiya iqtisadiyyatını, maliyyə-iqtisadi sistemini və nəhayət, Rusiyanı boğacaq və bununla bağlı Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trasse son vaxtlar açıq şəkildə öz açıqlamalarını bildirib.

Qərb sanksiyalarının son məqsədi isə Putini və onun administrasiyasını zəiflətmək, Rusiyada ciddi böhranın yaranmasına, sosial təlatümlərə və demokratik qüvvələrin hakimiyyətə gətirilməsidir.

Telman Qasımov Hərbi ekspert

D
demokrat.az