"Donetsk vilayətində Suriyanın dinc əhalisinə qarşı qırğınlarda iştirak edən çeçen bölməsi məhv edilib".
Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın Cənub Hərb Dairəsinin 58-ci ordusunun 42-ci motoatıcı diviziyasının 70-ci motoatıcı alayının 1-ci tabor taktiki qrupunun əsgərləri məhv edilib. Bu hərbi bölmə Şali şəhərində (Çeçenistan) yerləşir.
Həmçinin qeyd edilir ki, qərargah rəisi ilə birlikdə qrupa məxsus BMP-3 də məhv edilib.
"Maşında olanlardan yalnız çavuş Maqomedov sağ qalıb", - deyə məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı qeyd edir ki, məhv edilmiş bölmədə Suriyanın mülki əhalisinə qarşı kütləvi qırğınların çoxlu iştirakçıları var.



