Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatının 30-cu turunda "Riyeka" ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
Demokrat.az xəbər verir ki,25 yaşlı Emreli matçın 79-cu dəqiqəsində komandasının bərabərlik qolunu vurub - 1:1.
Bununla da Mahir Xorvatiya çempionatında ilk qolunu vurub.


