Gündəm Özəl

“Rus qoşunları yenidən paytaxtı ələ keçirməyə cəhd edə bilər” — Kiyev meri

“Rus qoşunları yenidən paytaxtı ələ keçirməyə cəhd edə bilər” — Kiyev meri

Kiyev meri Vitali Kliçko rus qoşunlarının yenidən paytaxtı ələ keçirməyə cəhd göstərəcəyini istisna etmir. Demokrat.az-ın “Ukrainskaya Pravda”ya istinadən xəbərinə görə, V.Kliçko bu barədə özünün teleqram kanalında qeyd edib.

"Düşmənin Kiyevdən geri çəkilməsi onun paytaxtı ələ keçirmək istəyindən əl çəkməsi demək deyil. Ona görə də, düşmənin sonradan "Kiyevi 2 günə almaq" cəhdini istisna etmək olmaz" - deyə Kiyev meri bildirib.

O, paytaxtın müdafiəyə hazırlığını davam etdirməli olduğunu qeyd edib.

Zamiq Demokrat.az

D
demokrat.az