Gündəm Özəl

Deputat: “Brüssel görüşü İlham Əliyevin növbəti diplomatik qələbəsidir”

Deputat: “Brüssel görüşü İlham Əliyevin növbəti diplomatik qələbəsidir”

“Cənab Prezident İlham Əliyevin Brüssel görüşü Azərbaycanın diplomatik uğurudur”. Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat qeyd edib ki, bu görüşdə şərtləri birbaşa diktə edən Azərbaycan tərəfi oldu:

“4 saat yarımdan artıq davam edən üçtərəfli görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın və bunun üçün iki ölkənin Xarici İşlər Nazirliklərinə müəyyən təlimat verildi. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunduğu qeyd edilir.

Deputat: “Brüssel görüşü İlham Əliyevin növbəti diplomatik qələbəsidir”

Delimitasiyanın tərkibi və nəticəsi isə sərhəddə gərginliyin aradan qaldırılması ilə nəticələnəcəkdir. Həmçinin Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Diqqət çəkən digər mühüm bir məqam isə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılmasının təsdiq olunmasıdır. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutina istinadın olmaması deməyə əsas verir ki, şərtləri birmənalı olraq diktə edən tərəf Azərbaycandır. Təbii ki, Azərbaycan bunu qalib ölkə olaraq edir və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət öz effektini verir”.

“Proseslərin gedişatı göstərir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqı qərəzsiz tərəfdir və hər iki ölkənin bu təşkilata etimadı vardır. Post münaqişə dövründə isə məsələlərin həlli istiqamətində qərəzsiz bir vasitəçiliyin olması xüsusi önəm kəsb edir ki, bu, ölkəmiz üçün daha effektlidir. Burada xüsusilə Şarl Mişelin cənab Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. 6 aprel görüşü və verilən bəyanatdan bir daha aydın olur k, Azərbaycan qalib ölkə olaraq öz milli maraqlarına uyğun istədiyinə nail olur. Bir sözlə, bu görüşün nəticəsi birmənalı olaraq Azərbaycanının milli maraqları uğrunda cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir,”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az