Gündəm Özəl

Zelenski: "Rusiya o qədər vəhşicəsinə döyüşməyə davam edir ki..."

Zelenski: Rusiya o qədər vəhşicəsinə döyüşməyə davam edir ki...

"Rusiya amansız və mənasız mübarizəni davam etdirir"

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Zelenski Finlandiya parlamentində çıxışı zamanı deyib.

Zelenskinin sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzü davam etdirmək üçün əlində silah saxlaya bilən hər bir şəxsi toplayır:

"Ruslar Buçada olduğu kimi hər gün və indi də Kramatorskdan Mariupola, Xarkovdan Xersona qədər vəhşiliklər törədirlər. 200 minə yaxın rus işğalçıları arasında döyüşməmək üçün hər şeyi edənlər var: onlar Rusiyaya qaçıblar, qəsdən təslim olublar, xəstəxanaya çatdırılmaq və döyüş bölgəsini tərk etmək üçün özlərinə ağır xəsarətlər yetiriblər. Əksəriyyət isə Ukrayna torpaqlarında heç bir səbəb olmadan vəhşicəsinə döyüşməyə davam edir"

Leyla Demokrat.az

D
demokrat.az