Gündəm Özəl

"Bu dağıdıcı müharibənin dayandırılması çağırışımızı bir daha təkrar edirik”— Türkiyə XİN

Bu dağıdıcı müharibənin dayandırılması çağırışımızı bir daha təkrar edirik”— Türkiyə XİN

“Ukraynanın şərqindəki Kramatorsk şəhər qatar stansiyasının raketlərlə vurulması nəticəsində təxliyə olunmağı gözləyən onlarla insanın həyatını itirdiyi və yaralandığı xəbərini böyük kədərlə qarşıladıq.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bu faciəvi hadisə mülki əhalinin təhlükəsiz təxliyəsini təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha nümayiş etdirdi.

Bu münasibətlə dərhal atəşkəs və bu dağıdıcı müharibənin dayandırılması çağırışımızı bir daha təkrar edirik”,- nazirliyin məlumatında deyilir.

Leyla Demokrat.az

D
demokrat.az