Gündəm Özəl

Ukraynada vağzala hücum nəticəsində ölü sayı 50-yə çatdı

Ukraynada vağzala hücum nəticəsində ölü sayı 50-yə çatdı

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Demokrat.az UNIAN-aistinadən bildirir ki,bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib

"Bu saata qədər ölənlərin sayı 50-yə çatıb, onlardan 5-i uşaqdır. 98 nəfər xəstəxanalara çatdırılıb.

"Tibb müəssisələrinə çatdırılan 98 yaralıdan 16-sı uşaq, 46-sı qadın və 36-sı kişidir. Onlardan 12-si xəstəxanada dünyasını dəyişib. 38 nəfər isə stansiyada dünyasını dəyişib".

Onun sözlərinə görə, bir-iki gün ərzində digər zərərçəkənlərin də həkimlərə müraciət edəcəyi gözlənilir, ona görə də zərərçəkənlərin sayı dəyişəcək.

Leyla Demokrat.az

D
demokrat.az