Gündəm Özəl

Rusiya polşalı diplomatları ölkədən çıxarır

Rusiya polşalı diplomatları ölkədən çıxarır

Moskva Rusiya diplomatlarının Polşadan çıxarılmasına cavab olaraq 45 polşalı diplomatı “persona non qrata” elan edib.

Demokrat.az Rusiya mətbuatına istinadənbildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyibəyanat yayıb:

“Polşanın qarşılıqlılıq prinsipinə əsaslanaraq, rus diplomatları ölkədən çıxarmaq üzrə qeyri-dost hərəkətlərinə cavab olaraq Polşa səfirliyinin və Polşanın İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluqlarının 45 əməkdaşı “persona non qrata” elan olunub. Onlar aprelin 13-də günün sonuna qədər Rusiya ərazisini tərk etməlidirlər”, - məlumatda qeyd edilib.

Leyla Demokrat.az

D
demokrat.az