Gündəm Özəl

“Ağdaban faciəsi azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımdır”

“Ağdaban faciəsi azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımdır”

“Tarix boyu ermənilər azərbaycanlıların başına bir çox faciələr və müsibətlər gətirib”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat belə müsibət və faciələrdən birinin Ağdaban faciəsi olduğunu vurğuladı:

“Ağdaban faciəsi də Xocalı faciəsi kimi xüsusi qəddarlıqla azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımdır. Bu gün həmin faciədən 30 il keçir. Bu soyqırım nəticəsində bizim çoxsaylı vətəndaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Uşaqlar, yaşlılar, qadınlar eləcə də çoxlu sayda vətəndaşımız öz sağlamlıqlarını itirmişlər. Azərbaycan xalqı bu vəhşiliyi heç zaman unutmayacaq. Bu vəhşiliklər bir daha onu göstərir ki, Ermənistan 1905, 1918 , eləcə də 1992-ci illərdə eyni ssenari ilə hərəkət edərək, azərbaycanlıları qətlə yetirmişlər”.

Deputat hesab edir ki, bu məsələdə beynəlxalq qurumların da üzərinə çox böyük yük düşür: “Onlar bu məsələdə Ermənistana təzyiq etməlidirlər. Ermənilər yenə də azərbaycanlılara qarşı qətliamlar törədirlər. Bugünədək 4 minə yaxın vətəndaşımızın taleyi barədə heç bir məlumat verilmir. Təbii ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın törətdiyi bütün vəhşiliklərin, soyqrımların qisasını aldı. Təəssüf ki, son proseslər göstərir ki, Ermənistan tam ağıllanmayıb və sərsəm bəyanatlar verməkdə davam edir. Ermənistan bilməlidir ki, Azərbaycan heç zaman Ermənistanın təxribat törətməsi ilə barışmayacaq. Ən kiçik təxribatın belə qarşısı çox qətiyyətlə alınacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az