Gündəm

Təhdid olunan ukraynalı mer şəhəri tərk etdi

Təhdid olunan ukraynalı mer şəhəri tərk etdi

Skadovsk şəhərinin meri Aleksandr Yakovlev şəhəri tərk etmək məcburiyyətində qalıb.

O, bu addımı rus hərbçiləri tərəfindən hədələndiyi üçün atdığını bildirib:

"İşğalçıların davamlı təhdidlərini və əməkdaşlıq "təkliflərini" nəzərə alaraq, şəhəri tərk etmək məcburiyyətində qaldım. Başa düşürəm ki, çoxları üçün şəhərdə qalsam, daha sakit olardı, amma birmənalı olaraq mənə dedilər: ya əməkdaşlıq etməlisən, ya da zirzəmiyə gedəcəksən”.

Demokrat.az

D
demokrat.az