Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb.
Demokrat.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
Panama mənbələrinə görə RİMBA S.A.-nın statusu "vigente"dən (aktiv) 'suspendido"ya keçib, yəni ləğv edilib. Şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, bundan bir ay sonra 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub. Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirdi, bir neçə yaxın adamı həbs edildi, özü isə vəzifəsindən azad edildi. Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi, görüntülər, hətta ABŞ televiziyalarında da yayılmışdı.

Rza Demokrat.az


