“Vaxt gələcək, hər bir Rusiya vətəndaşı Ukraynadaki hərbi cinayətləri kimlərin törətdiyiylə bağlı bütün həqiqətləri öyrənəcək.”
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Rusya-Ukrayna müharibəsinin 40-cı günündə verdiyi açıqlamada bildirib.
Ölkəsində mülki şəxslərin qaçırıldığını, işgəncələrə məruz qaldığını və öldürüldüyünü qeyd edən Zelenski, “Vaxt gələcək, hər bir Rusiya vətəndaşı müharibə cinayətlərini kimin törətdiyinə dair bütün həqiqəti öyrənəcək” deyib.
Ölkədəki qırğınları kimin törətdiyini müəyyənləşdirəcəklərini və bunu dünya ictimaiyyətinə açıqlayacaqlarını söyləyən Zelenski, rus qoşunlarının dinc şəhərləri yerlə-yeksan etdiyinə dair əllərində çoxlu sübutların olduğunu bildirib.
Zelenski eyni zamanda, Buça və Ukraynanın azad edilmiş digər şəhərlərində baş verənləri görmək üçün dünyanın hər yerindən yüzlərlə jurnalistə maksimum şırait yaradılacağını vurğulayıb.
Demokrat.az


