Gündəm Özəl

Əli Bayramov: “Sığorta bazarına nəzarət hissəsində kifayət qədər boşluqlar var”

Əli Bayramov: “Sığorta bazarına nəzarət hissəsində kifayət qədər boşluqlar var”

“Bu gün Azərbaycanın sığorta bazarında durğunluq yaşanır. Amma hazırda bu durğunluq dünyanın bir çox ölkələrində də yaşanır. Çünki dünyada sığorta bazarı kovidlə bağlı riskləri hesablamamışdılar. Pandemiyanın gəlişi onların bütün işlərini demək olar ki, alt-üst edib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sığorta bazarı eksperti Əli Bayramov deyib. Ekspert qeyd edib ki, Azərbaycanda sığorta şirkətləri işini düzgün qurmayıb: “Sığorta bazarında durğunluq əslində ölkəmizdə elə kovid peryodunda qabaq müşahidə olunurdu. Mən bunun sığorta bazarına olan ümidsizliklə bağlıyıram. Sığorta bazarı sanki qış yuxusundadı və nəyisə gözləyirlər. Adi və primitiv qaydada uzunmüddətdir ki, addımlayırlar. Sanki heç bir dəyişiklik istəmirlər. Kovidin gəlişi isə ümumiyyətlə digitallaşmanı önə çıxardı. Təəssüf ki, Azərbaycanda belə sığorta şirkətlərinin sayı çox azdır. Təxminən bir-iki dənə olduğunu deyə bilərik. Qalanları isə digitallaşmada təəssüf ki, həddindən artıq geri qalıblar”.

Əli Bayramov: “Sığorta bazarına nəzarət hissəsində kifayət qədər boşluqlar var”

Ekspert hesab edir ki, Azərbaycanda sığortanın inkişafı və gələcəyi ilə bağlı dövlətin ciddi yanaşmaları olmalıdır: “Bu barədə Cənab Prezident də dəfələrlə narazılığını bildirib. Qeyd edib ki, bizdə nədənsə mexanizm düzgün çalışmır. Bu, yenə də belə davam edir. Hesab edirəm ki, dövlət buna həddindən artıq ciddi yanaşmalıdır və çox ciddi tələblər qoymalıdır. Digər tərəfdən sığorta bazarına nəzarət edən qurumların bir neçə müddətdir ki, qarışıq vəziyyətdə olması da sığorta bazarını həddindən artıq geri saldı. Xatırlayırsınızsa, sığortanın nəzarətini bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilirdi. Orada da bir fiasko yaşandığının biz şahidiyik. Sonradan sığorta bazarı bu yeni yanaşmalara uyğunlaşmağa hazırlaşırdı ki, həmin palatalar ləğv olundu və Azərbaycan Mərkəzi Bankına verildi. Dediyim kimi, sığorta bazarına nəzarət hissəsində kifayət qədər boşluqlar var. Bu boşluqlar həm obyektiv, həm də subyektiv səbəblərdən irəli gəlir”.

Ə.Bayramov düşünür ki, əgər sığorta bazarına nəzarət edən orqan yaxud qurum sığortaçıların qarşısında həddindən artıq ciddi kriteriyalar tətbiq etmiş olsaydı, bugün insanlarımızın da sığortaya olan inamı bu səviyyədə olmazdı: “Başqa sözlə, daha yaxşı ola bilərdi. Bizim insanların sığortaya olan inamsızlığı məncə bir neçə məsələ ilə bağlıdır. Birincisi, ümumiyyətlə sığorta hadisəsinin tənzimlənmə müddəti kifayət qədər uzundur. Bu isə təbii ki, insanlarda böyük narazıçılıq yaradır. Yəni, bir sığorta hadisəsinin tənzimlənməsi üçün o qədər uzunmüddət tələb olunur ki, nəticədə müştəri narazı qalır. Vətəndaş həftələrlə süründürülür. Bilirsiniz ki, sığorta hadisəsi baş veribsə, qanunvericiliklə sığorta şirkətinə hadisəni müvafiq qurumlar tərəfindən təsdiq edən sənədlər təqdim olunmalıdır. Sığorta şirkəti o hadisəni araşdıırb və nəticədə qərarını versin. Ancaq bu sənədlərin yığılması və təqdim edilməsi kifayət qədər uzunmüddət tələb edir və nəticədə sığorta ödənişinin ödənilməsi də uzanır. Bu, böyük bir problemdir. Hazırda icbari sığorta növləri üzrə müvafiq qurumlarla inteqrasiyalar həyata keçirlib ki, artıq bu inteqrasiyalar vasitəsilə sistemə yerləşdirilir. Nəticədə burada bir effektivlik əmələ gəlir və sığorta şirkətləri sənədləri daha tez əldə edirlər və aidiyyatı uyğun şəkildə də sığorta ödənişlərini tez həyata keçirə bilirlər”.

Eksper digər problemin sığorta ödəmələri ilə bağlı olduğunu diqqətə çatdırdı: “Bəzi vaxtlar şirkətlər süni şəkildə dəymiş ziyanı azaldırlar. Nəticədə bu da zərərçəkmiş şəxsə ziyan vurur. Bununla da bağlı bir mexanizm yoxdur. Bu da ən dərin problemlərdəndir. Bu da təbii ki, sığorta bazarına nəzarət edən orqan sığorta şirkətləri qarşısında çox ciddi durmalıdırlar. Beləliklə 3 əsas problem: sığorta hadisəsi ilə bağlı sənədlərin yığılması, sığorta ödənişinin gec verilməsi və sığorta ödənişi məbləğinin az olması müştəriləri özlərindən küskün salır. Əgər burada müsbət dəyişiklər olarsa, avtomatik qaydada insanların sığorta şirkətlərinə etibarını qaldıracaq. Biz sığorta bazarının 1990-ci illərin sonlarından 2000- ci illərin əvvəllərindən çox aktiv bir fazaya daxil olmasını gördük. Nə yeniliklər möhtəşəmliklər baş verdisə elə həmin dövrə təsadüf etdi. Növbəti dövrlər üçün yeni fundamentlər atılmalıdır ki, bazar bundan sonra uzunmüddətli şəkildə davam etsin. Bunun üçün ən vacib olan şey fundamental yanaşmaların tətbiq olunmasıdır. Bunu da dövlət tətbiq etməlidir. Yəqin ki, hökumət və sığorta bazarına nəzarət edənlər bu dərin fundamental yanaşmaları tətbiq edəcəkr. Əmin olmalıyıq ki, biz bu gün fəaliyyət göstərən sığorta şirkətlərinin ödəmə qabiliyyəti var . Və onlar dayanıqlıdırlar, uzunmüddətlidirlər. Yoxsa baxsaq, o dövr ərzində neçə sığorta şirkəti bağlanıb. Əgər nəzarət edən şirkətlərin vəziyyətinə vaxtı-vaxtında müdaxilə etsələr bu kimi narazıçılıqlar olmayacaq. Bu da sığortaya qarşı inamsızlığın göstəricisidir. Çünki vətəndaş deyir ki, gündə bir sığorta şirkəti bağlayır və kim qaranti verir ki, 2-3 ay sonra başıma hansısa iş gəlsə, verəcək. Bəlkə o bağlanacaq. Yəni, korporativ idarəetmə ilə də bağlı kifayət qədər boşluqlar var. Baxmayaraq ki, şirkətlərə ciddi şəkildə göstərişlər olub ki, mütləq şəkildə hər bir sığorta şirkəti korporativ idarəetməni maksimum şəkildə tətbiq etsinlər. Bəzi şirkətlərimiz buna yaxşı yanaşırlar. Amma şirkətlərin böyük əksəriyyəti bu korporativ idarəetməyə simvolik yanaşırlar. Yəni bu sahədə də düşünürəm ki, nəzarət gücləndirilməlidir. Sığorta bazarında yeniliklər olmaldıır. Yenidən Amerika kəşf etməyə ehtiyacımız yoxdur. Bizim bazardan da daha öndə inkişaf etmiş bazarlara baxmaq lazımdır. Xarci təcrübələri dəqiqiliklə araşdırmaq lazımdır”.

“Düşünürəm ki, burada qeyri-hökumət təşkilatlarının kifayət qədər rolu olmaldıır. Bütün digər inkişaf etmiş bazarlara baxsaq, sığorta sahəsində kifayət qədər aktiv qeyri-hökumət təşkilatları var. Amma təəəsssüf ki, bizdə bir qeyri-hökumət təşkilatı var ki, o da Azərbaycan Sığortaçılar Assosiyasıdır. Sual oluna bilər ki, sığortaçılar assosiyasının fəaliyyəti qane edirmi? Təbii ki, qane etmir. Biz daha yaxşısını gözləyiirik. Çünki həqiqətən də onların üzərinə bu sahədə kifayət qədər işlər düşür. Sığorta bazarının ayrı-ayrı sahələrinə əhatə edəcək digər QHT-lərə də ehtiyac var. Bu gün Azərbaycan sığorta bazarının ayrılmaz, döyünən hissəsi olan sığorta vasitəçiləri və yaxud ekspertlər, sığorta sahəsində yardımçı fəaliyyət göstərən qurumlarla bağlı QHT yoxdur. Sual olunur. Əgər sığortanın satışının təşkili sığorta vasitəçiləri tərəfindən həyata keçirilirsə, niyə indiyə kimi sığorta vasitəçiləri ilə bağlı bir qeyri-hökumət təşkilatı yoxdur? Sığorta hadisələrinin təmzinlənməsi zamanı ekspertlərə dərin ehtiyaclar olur və onlardan istifadə olunur. Düşünürəm ki, bu da ən vacib faktorlardan biridir”. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az