Dünya

Qazaxıstan prezidentinə sui-qəsdin qarşısı alınıb

Qazaxıstan prezidentinə sui-qəsdin qarşısı alınıb

Qazaxıstanın xüsusi xidmət orqanları ölkə Prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıblar. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. “2022-ci il martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini, "A" respublikasının vətəndaşını saxlayıb”, - xəbərdə deyilir. Qeyd olunur ki, saxlanılan şəxs həmçinin digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

D
demokrat.az