Dünya

Kamala Harris: “ABŞ-ın Rusiyada hakimiyyəti dəyişmək niyyəti yoxdur”

Kamala Harris: “ABŞ-ın Rusiyada hakimiyyəti dəyişmək niyyəti yoxdur”

“ABŞ-ın Rusiyada hakimiyyəti dəyişmək və ya ölkənin hazırkı prezidenti Vladimir Putini vəzifəsindən uzaqlaşdırmaq niyyəti yoxdur”.

Demokrat.az xəbər verir ki, “Daily Mail” bunu ABŞ-ın vitse-prezidenti Kamala Harrisə istinadən yazıb. “Biz rejim dəyişikliyinin tərəfdarı deyilik və bu, bizim siyasətimiz deyil”, – Harris deyib.

Vitse-prezident əlavə edib ki, ABŞ Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa davam edəcək: “Bizim siyasətimiz əvvəldən Rusiyaya qarşı real və dərhal təsir edən sanksiyaların tətbiqi idi”.

Məlik Demokrat.az

D
demokrat.az