Gündəm Özəl

“Brüssel görüşü sülhü tezləşdirsə də, mühüm rol Kremlə məxsus olacaq” — ŞƏRH

“Brüssel görüşü sülhü tezləşdirsə də, mühüm rol Kremlə məxsus olacaq” — ŞƏRH

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır. Bu görüşdən yekun sülhə nail olunacaqmı?

Suallımızı cavablandıran politoloq Elman Vəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu dəfəki görüş kompromis yönümlü olacaq. Politoloq hesab edir ki, 11 yanvar razılaşmasında nəzərdə tutulan nəqliyyat yolları və kommunikasiya sistemləri istiqamətində də uğurlu addımlar atılacaq:

“Brüssel görüşü sülhü tezləşdirsə də, mühüm rol Kremlə məxsus olacaq” — ŞƏRH

“Bildiyimiz kimi, Azərbaycan Ermənistan tərəfinə 5 maddəlik təklif göndərmişdi və Ermənistan tərəfi artıq bu təklifləri qəbul etmək üzrədir. Çünki Ermənistan Azərbaycan şərtlərini qəbul etməsəydi, o zaman Türkiyə tərəfi Ermənistan xarici işlər nazirinin Antalya forumunda iştirakına icazə verməzdi. Fikrimcə, Ermənistan "öz ərazisindən" dəmir və avtomobil yolunun keçməsini də artıq qəbul edib”.

Ermənistan tərəfinin qondarma respublikanın qanunsuz qüvvələrinin çıxarılması şərtində narazılıq etdiyini diqqətə çatdıran politoloq hesab edir ki, əgər iki tərəf arasında sülh bağlanacaqsa, o zaman Azərbaycan bu faktı gözardı etməməlidir: “Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin oradan çıxarılmasını tələb etmir. Təbii ki, onların da yaşaması üçün şərait yarada bilər. Hesab edirəm ki, Brüssel görüşü iki tərəf arasında sülh proseslərini intensivləşdirəcək. Bu görüşdə kompromisin əldə edilməsi ətrafında da müəyyən diskussiyalar aparılacaq. Digər mühüm bir məsələ də delimitasiya və demarkasiya məsələsidir. Çox güman ki, bu məsələ sovet xəritələri əsasında aparılacaq və nəticədə Qarabağ Azərbaycanın ərazisi olaraq təsdiqlənəcək. Düzdür, Brüssel görüşü sülhü tezləşdirsə də, burada mühüm rol Kremlə məxsus olacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az