Avstraliya prezident Zelenskinin xahişi ilə Ukraynaya öz istehsalı olan zirehli maşınlar göndərəcək.
Visiontv.azCNN-ə istinadən xəbər verirki, bu barədə aprelin 1-də baş nazir Skott Morrison məlumat verib.
Avstraliyanın baş naziri bildirib ki, biz təkcə dualarımızı göndərmirik, həm də silah-sursatlarımızı, humanitar yardımlarımızı göndəririk: "İndi isə zirehli texnika göndərmək qərarını verdik".
Baş nazir Morrisonun sözlərinə görə, Avstraliya "Bushmaster" zirehli transportyorlarını Ukraynaya C-17 təyyarələri ilə göndərəcək. Siyasətçi silahların
Ukraynaya nə vaxt və hansı miqdarda çatdırılacağını dəqiqləşdirməyib./visiontv.az


