Gündəm

Fərruxda itkin düşən əsgərin qardaşı: “Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur”

Fərruxda itkin düşən əsgərin qardaşı: “Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur”

“Məsudla birlikdə döyüşənəsgərlərdən heç biri sağ qalmadı. Qayıdıb gələnlərdən qardaşımı nə qədər soruşsaq da, doğru-düzgün məlumat verən olmadı. İtkin kimi illərləonun yolunu gözlədik, xatirəsini yad edəcəyimiz məzarı belə olmadı”.

Bu sözləriOxu.Az-a Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş62 nəfər Azərbaycan hərbçisindən biri, 1972-ci il təvəllüdlü Eyvazov Məsud Eynulla oğlunun qardaşıYadulla Eyvazovdeyib.

Fərruxda itkin düşən əsgərin qardaşı: “Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur”

Əslən Göyçay rayonunun Bığır kəndindən olan Məsud Eyvazov 1991-ci ildə hərbi xidmət üçün Ukraynaya göndərilib.

Qardaşı deyir ki, Məsud səkkiz ay orada xidmət etdikdən sonra geri qayıdıb:

“Ukraynada vəziyyət dəyişdi, qardaşım da ölkəmizə qayıtdı. Səkkizay orada xidmət etdikdən sonra, 1992-ci ilin fevralında qayıdıb gəlmişdi. O vaxt atam onu hərbi komissarlığa təhvil verdi ki, qaçmış hesab olunmasın. Onu 1992-ci ilin fevralında apardılar Bakıya təlimlərə. May ayında təlimlər bitdikdən sonra qardaşımı cəbhə bölgəsinə göndərdilər. O və onunla gedən heyəti döyüşə buraxmırdılar”.

Məsud Eyvazov “20 Yanvar” batalyonunun tərkibində olub

Qardaşı deyir ki, onların komandiri “Ala Yaqub” ləqəbli hərbçi olub:

“Bir müddət sonra qardaşım və onunla gedən altınəfər birlikdə döyüşlərə giriblər. Lakin onlara əmr edilib ki, arxada mövqelənsinlər, çox irəli getməsinlər. Amma onlar eşitməyiblər. Özlərinə pis gəlib ki, silah yoldaşları irəlidə şəhid olurlar, onlarsa geridə qalırlar. Onlara tapşırılıb ki, yaralıları, şəhidləri daşısınlar.

Bir leytenant, altıəsgər özləri döyüşə giriblər və həmin döyüşdə də şəhid olublar”.

O vaxt telefon əlaqəsi olmadığındanMəsud ailəsinəbir neçə dəfə məktub yazmağa fürsət tapa bilib. Amma məzuniyyətə gəlmək qismət olmayıb. Məktubunda isə ailəsinə narahat olmamalarını, hər şeyin yaxşı olacağını yazıb.

Qardaşı deyir ki, ana-atası illərlə Məsudun yolunu gözləyiblər:

“Biz çox soraqladıq, hər gələndən Məsudu soruşduq. Amma gördüm deyən olmadı. Görənlər isə kimlərəsə bənzətdikləri üçün verdikləri məlumatlar düzgün çıxmadı. Təxminən eşitdik ki, onların hamısı bir yerdə itkin düşüb. Onunla döyüşən hərbçilərdən heç biri sağ qayıtmadığı üçün onların hansı şəraitdə itkin düşdükləribilinmir. İntensiv atəş açılan istiqamətdə olublar. Mən belə başa düşürəm ki, onların mövqelərinə “Qrad” düşüb. Yeddinəfərin ailələri illərlə bir-birilə əlaqə saxlayırdı ki, kim xəbər alsa, o birinə desin. Amma heç bir xəbər ala bilmədik”

Məsudun xatirəsini yad edəcək məzarı belə yoxdur

Yaşadıqları kənddə 2 saylı kənd orta məktəbinə Məsud Eyvazovun adının verildiyini deyən qardaşı Yadulla Eyvazov bunun onlar üçün təsəlli olduğunu bildirir:

Fərruxda itkin düşən əsgərin qardaşı: “Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur”

“Onun xatirəsini adını məktəbə və küçələrdən birinə verməklə yaşatdılar. Onunla birlikdə bizim kənddən olan Mehman Şirəliyevin də adına küçə verilib. O vaxt yaşlı hərbçilərdən soruşmuşduq, şəklini göstərmişdik. Tanıdıqlarınıdemişdilər, amma yenə heç bir nəticə əldə edə bilmədik. Artıq uzun müddət keçib, ata evimizdən də uzaqlaşmışıq. Məsudla birlikdə olan əsgərlərin adlarını əzbər deyə bilmirəm.

Mehman Şirəliyevin məzarı var, hər il digər şəhidlərimiz kimi, onu da yad edirik. Amma Məsudun bizdə qalan heç nəyi yoxdur. Nə əşyası, nə geyimi, nə xatirəsini yad edə biləcəyimiz məzarı var. Ancaq bir neçə şəkli qalıb”.

Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqlarının aşkarlandığına dair məlumatı oxuyanYadulla Eyvazovümidini üzmədiyini deyir:

“Bəlkə də ola bilər, bəlkə də yox. Buna cavab vermək mənim üçün çətindir”.

Qeyd edək ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir. 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adıçəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə62 nəfər Azərbaycan hərbçisiitkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.

D
demokrat.az