Gündəm Özəl

Dünya ticarətində dollar və avrodan imtina etmək mümkündür?

Dünya ticarətində dollar və avrodan imtina etmək mümkündür?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında bildirib ki, gələcəkdə əsas ehtiyat valyutaları kimi, dollar və avrodan imtina edilməsi tamamilə mümkündür. İndi regional valyutaların yeni erası başlayır. Medvedev qeyd edib ki, dollara və avroya inam səhər dumanı kimi əriyir.Bəs dünya bazarı dollardan və avrodan imtina edə bilərmi?

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. İqtisadçı ekspert Elçin Süleymanov Demokrat.az-a açıqlamasında bildirdi ki, dollar və avro dünya pulu olması üçün xeyli proseslər keçib. Ekspert qeyd edib ki, iki ölkə arasında milli valyutalarda istifadə etmək olar, ancaq bu da çox çətin prosesdir:

“Bu, çox çətin və uzun prosesdir. Çünki həm avro, həm də dollar dünya ödəmə sistemində, müxtəlif köçürmələrdə var. Birinin arxasında Avropanın, digərində isə ABŞ iqtisadiyyatı durur. Pulun dəyərini də bağlı olduğu ölkənin iqtisadi dəyəri hesablayır. Çin və Türkiyə də öz aralarında valyuta mübadilələri ediblər. Lakin bu, yaxın prespektivdə çətin görünür”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, Medvedevin bu bəyanatı sadəcə siyasi piardır: “Dünya ticarətinin 80 faizi dollarla, təqribən 20 faizə yaxını isə avro ilə aparılır. Yəni, belə bir şəkildə bunlardan imtina etmək mümkün deyil. Sadəcə olaraq Rusiya öz ətrafında dövlətləri toplayaraq, anti-dollar koalisiyası yaratmaq istəyir. Ancaq bu, siyasi və qitisadi olaraq mümkünsüz görünür. Dünya ticarəti artıq oturuşmuş bir qaydalar üzərində fəaliyyət göstərir. Bu, sadəcə Rusiyanın anti-Qərb ritorikasının növbəti mərhələsidir”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az