Abşeron rayonunda əcnəbi vətəndaş azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yousefi Gholamreza rayon ərazisində 14 yaşıına çatmayan Xumara (ad şərti verilib – red.) intim hərəkətlər göstərib. Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Yousefi Gholamrezanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Sevinc Quliyevanın icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Fariz Məlikli Demokrat.az


