“Bir il ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
Partiya sədri qeyd edib ki, Ermənistan istəsə də, istəməsə də sülh müqaviləsi bağlamalı olacaq:
“Ermənistanı məcbur edəcəklər ki, sülh müqaviləsi bağlasın. Çünki bunu Rusiya da istəyir. Ümumiyyətlə, kommunikasiyaların açılması Rusiyaya, Azərbaycana, eləcə də Ermənistana xeyirdir. Rusiyanın başı hələlik Ukraynaya qarışıb. Hesab edirəm ki, başı açılandan sonra bu məsələ həll olunacaq”.
Nəzrin Demokrat.az


