Bu gün Salyan rayonunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar ümumrayon tədbiri keçilib.
Demokrat.az xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi və gənclər, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri, Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin kollektivi və rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, həmvətənlərimizin soyqırımının qarşısının alınmasında erməni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin şəhər qəbristanlığındakı məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.





Rza Demokrat.az


