Bakıda dəhşətli yol qəzası baş verib
Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Kənar Dairəvi yolda "Toyota Prius" markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində sürücü həyatını itirib. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 




