Bu gün Azərbaycanın görkəmli ziyalısı, tibb elmləri doktoru, professor Paşa Qəlbinurun 70 illik yubileyidir.
Demokrat.az xəbər verir ki, Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti tanınmış oftalmoloqu bu münasibətlə təbrik edib.
Cəmiyyətin təbrik mətnində qeyd edilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, professor Paşa Qəlbinur Azərbaycanda tibb elminin inkişafında əlindən gələni edib, bu gün onun minlərlə tələbəsi və yetirməsi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həkim oftalmoloq kimi fəaliyyət göstərir.
Cəmiyyət qeyd edir ki, Paşa Qəlbinur yalnız Azərbaycan tibb elminə töhfə verməklə fəaliyyətini məhdudlaşdırmayıb, eyni zamanda aktiv ictimai fəaliyyət göstərib, milli məsələlərdə hər zaman öndə olub, xüsusilə dünya ermənizminə qarşı mübarizədə ön cərgədə dayanıb.
Deportasiya Qurbanları Cəmiyyəti İdarə Heyətinin üzvü Paşa Qəlnibur tarixi Azərbaycan torpaqları-Qərbi Azərbaycan məsələsini daima ön planda tutub, bu müqəddəs torpaqların unudulmaması üçün əlindən gələni edib.
Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti 70 illik yubileyi münasibəti ilə professor Paşa Qəlbinuru təbrik edir, ona can sağlığı, elmi və ictimai fəaliyyətində uğurlar arzulayıb.
Rza Demokrat.az


