ABŞ-dakı nüfuzlu erməni diaspor təşkilatları bu liderləri Qarabağa beynəlxalq sülhməramlı kontingent göndərməyə çağırdı.
Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni ictimai təşkilatları sözügedən müraciəti ABŞ prezidenti Cozef Bayden və Fransa lideri Emmanuel Makronla bərabər, BMT-nin baş katibi Antonio Quttereşə, Avropa Şurasının prezidenti Şarl Mişelə və digər beynəlxalq təşkilatların rəhbərlərinə də göndəriblər.Müraciət müəllifləri Azərbaycanı Farux kəndinə ordu yeritməkdə və Xankəndinə gedən qaz xəttini sıradan çıxarmaqda ittiham ediblər. Onlar hesab edir ki, guya bütün bunlar Rusiya sülhməramlılarının seyrçi münasibəti nəticəsində baş verib.Erməni diaspor təşkilatları müraciətdə Azərbaycanın və Türkiyənin ünvanına bir sıra digər sərsəm ittihamlar da səsləndiriblər.Müraciət müəllifləri sonda isə dünya liderlərini yerli ermənilərin müdafiəsi bəhanəsi ilə ATƏT-in Minsk Qrupunun mandatı altında Qarabağa beynəxalq sülhməramlı missiyasının göndərilməsinə çağırıblar.P.S.
Paşinyanın və Araikin Putinə yalvarmalarından heç bir nəticə hasil olmadığını görən ermənilər bu müraciətlə sonuncu yola əl atıblar.
Bəybala Mirzəyev Demokrat.az


