Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar 14 yaşlı A.Tağıyev və 35 yaşlı E.Tağıyevdir.
Qeyd edək ki, hadisə "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


