“Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyaginin “News1” kanalında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər elə Rusiyanın özü üçün böyük zərbədir.”
Bu fikirləri millət vəkili Asim Mollazadə Demokrat.az-a açıqlamasında bildirib.
“Onun dediyi sözlər, əslində, ilk növbədə Rusiyanın imicinə zərbədir və bu cür fikirlərlə o Rusiyanı bütün dünyaya biabır etmək istəyib. Onsuzda indi diqqətlər Rusiyaya yönəlib, ona görə Azərbycanı nüvə silahı ilə hədələmək belə vəziyyətdə Rusiyaya böyük bir zərbədir. Hansısa bir cinayət əməlini nümayiş etdirir. Bu sözlərlə, o, Azərbaycana deyil, Rusiyanın özünə zərbə endirir. Mixail Delyaginin ifadə etdiyi fikirlər onun təmsil etdiyi ümumi partiyanın fikridir. Bilavasitə onu deyə bilərəm ki, bu, Rusiyanın imicinə vurulan güclü bir zərbədir. Mənə elə gəlir ki, bu gün insanın parlamentdə təmsilçiliyi ayıbdır.” -deyə o, əlavə edib.
Gülçin Qorxmaz Demokrat.az


