Region

Ruslar Mariopulda 2 min uşaq oğurlayıb — Əsirləri ilə dəyişdirmək istəyirlər…

Ruslar Mariopulda 2 min uşaq oğurlayıb — Əsirləri ilə dəyişdirmək istəyirlər…

Ukrayna Prezidenti Zelenski rus mediasına verdiyi, amma Rusiyada işıq üzü görməyən müsahibəsində Rusiya ordusunun Mariupolu zəlil günə qoyduğunu elan edib. Şəhərdə olan binaların 90 faizi vurulub və s.

Əsl faciə, insan dramı yaşanır, bu şəhərdə. Dünən şəhər meri də bildirib ki, insanlar acından ölür. Çünki şəhərdə qida, dərman problemi dəhşətlidir. Hazırda 170 min insan qalıb bu şəhərdə. Bir növ Stalinqradı xatırladır. Şəhərdə küçə-mövqe döyüşləri gedir.

Daha bir dəhşətli məsələ də var. ruslar Mariupolda ukraynalı uşaqları oğurlayır. "Kreml indiyə qədər ən azı 2000 uşağı oğurlayaraq Rusiyaya aparıb",-Zelenski qeyd edib. Və bildirir ki, belə əməllərlə Ukraynaya istədiklərini qəbul etdirə bilməyəcəklər.

Amma ruslar ata-anasız, lap valideynlərdən ikisi və ya birinin qaldığı halda uşaqları niyə oğurlayır? Bu onun nəyinə lazımdır? Normal insan bunları oxuyanda bədəni ürpəşməlidir.

Mümkündür ki, rus tərəfi ya bu deyilənləri rədd edəcək, ya da humanitar məqsədlə həyata keçirdiyini bildirəcək.

Amma, uşaqları oğurlamaq və sonradan bundan rəqibə qarşı istifadə etməyin adı var.

Ruslar Mariopulda 2 min uşaq oğurlayıb — Əsirləri ilə dəyişdirmək istəyirlər…

Nemət Orucov Demokrat.az

D
demokrat.az