Gündəm

“Yaxşı bilirsiniz ki, Lvov Polşa şəhəridir, bəlkə bu barədə birlikdə nəsə edək?”

“Yaxşı bilirsiniz ki, Lvov Polşa şəhəridir, bəlkə bu barədə birlikdə nəsə edək?”

Rusiya prezidenti Vladimir Putin digər ölkələri də Ukraynaya qarşı qarşıdurmaya cəlb etmək istəyir.

Moderator.azxəbər verir ki, bunu Polşa Seyminin keçmiş rəhbəri, Avropa Parlamentinin deputatı Radoslav Sikorski “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordonamüsahibəsində deyib. "Mən 2008-ci ildə NATO sammitində iştirak etmişdim, o zaman Putin artıq Ukraynanın başqa ölkələrin parçalarından yığılmış süni ölkə olduğunu demişdi. Hətta onun çıxışının mətnini də Rusiya nümayəndə heyətindən almışdım. Mən Ukraynanın o vaxtkı müdafiə nazirini dəvət edib həmin mətni ona verdim. Düşündüm ki, bu, onabüdcə üçün mübarizə aparmağa kömək edəcək. Sonra gələn illərdə iki şey oldu. Mən Dumanın sədr müavini olan Jirinovskidən məktub aldım. Putin tez-tez onun vasitəsilə çılğın fikirləri sınaqdan keçirirdi.Məktubda o, xüsusi olaraq Polşaya Ukraynanın bölünməsində iştirak etməyi təklif edib.Təbii ki, biz cavab belə, vermədik”, - Sikorski bildirib. O, Putinin Ukraynanın parçalanmasına şəxsən necə eyham vurduğunu da danışıb. “Putin 2008-ci ildə Polşaya səfəri zamanı rəsmi söhbətləri zamanı eyham vurmuşdu: “Yaxşıbilirsiniz ki, Lvov Polşa şəhəridir, bəlkə bu barədə birlikdə nəsə edək?” Bu, təklifdən çox eyhamidi. Və bizə 1939-cu ildə Polşada German Göringin sözlərini xatırlatdı: “Qdanski itirməkdən, Baltik dənizinə çıxışı itirməkdən narahat olmayın. Qara dəniz də dənizdir". "Buoxşar bir durumidi. Putin çox istərdi ki, digər ölkələri də Ukraynaya qarşı qarşıdurmaya cəlb etsin. Belə bir şey NATO-nu məhv edə bilər və o, bunu çox gözəl anlayır", - deyə siyasətçi bildirib.

D
demokrat.az