Fransa prezidenti Emmanuel Makron France 3 kanalında verdiyi açıqlamada Rusiyanın Ukraynada başladığı müharibəni dayandırmaq istədiklərini bildirib.
Demokrat.az xəbər verir ki, Makron Avropanın ABŞ-la Rusiya arasındakı "soyuq savaş"da yer almamalı olduğunu bildirib.
"Biz müharibəni dayandırmaq istəyirik. Bu səbəbdən də Putinlə danışıqları davam etdirirəm. Bunu edərkən sözdə və hərəkətdə gərginlik artırılmamalıdır. Mən Putin üçün "qəssab" sözünü işlətməyəcəyəm. Biz avropalılar olaraq öz coğrafiyamızı və tariximizi unutmamalıyıq. Biz rus xalqına qarşı müharibə aparmırıq", - deyə Makron qeyd edib.
Avropanın Moskva ilə Vaşinqton arasında gedən “soyuq müharibə”də iştirak etmədiyini vurğulayan Makron Ukraynanın Mariupol şəhərində humanitar əməliyyat keçirmək barədə Putinlə telefonla danışacağını bildirib.
Xatırladaq ki, Polşanın paytaxtı Varşavada Ukrayna qaçqınlar düşərgəsini ziyarət edən Bayden Putin üçün “O, qəssabdır” ifadəsini işlətmişdi.
Məlik Demokrat.az


