"“Azəriqaz” İstehsalat Birliyinin Xankəndinə qaz verilməsi istiqamətində apardığı işlərlə bağlı sosial şəbəkədə qazı onlara kim, hansı qiymətə verəcək, limitin olub olmaması barədə yayılan yazılara fikrimi bildirirəm. Əksər hallarda hakimiyyət əleyhinə fikir bildirənlər faktiki olaraq dövlətçilik əleyhinə təbliğat apardıqlarının fərqində deyillər".
Demokrat.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov "Facebook" səhifəsində yazıb:
"Bəri başdan deyim ki, mənim də bildiyim ancaq odur ki, Xankəndinə gedən qaz xətti bizimkilər tərəfindən təmir olunub. Mən istəyirəm ki, bizimkilər Xankəndində işıq, su, telefon xətlərini də bərpa etsinlər. Bildirirəm ki, bu gün qazın onlara kimlər tərəfindən, hansı qiymətə veriləcəyi, limitin olub olmaması məni əsla maraqlandırmır. Məni maraqlandıran odur ki, Xankəndinə gedən qaz trubasının, su, işıq xətlərinin də krantları bizim əlimizdə olsun və orada yaşayan ermənilər özlərini bizim hakimiyyət strukturlarında asılı olduğunu dərk edib bizim vətəndaşlar olsunlar. Hamımız anlamalıyıq ki, məhz Xankəndi və onun ətrafında yaşayan 20-30 min ermənidən bu gün erməni separatçıları və onların Rusiyada oturan sahibləri tərəfindən bizim müstəqilliyimizin təhdid olunması üçün istifadə edilirlər. Biz düşmənlərimizi ancaq bu ermənilərin yaşayışı üçün vacib olan infrastrukturu idarə etməklə, onlara Azərbaycan vətəndaşları kimi normal şərait yaratmaqla tərksilah edə bilərik. Düşmənlərimiz də məhz bunu istəmirlər. Ona görə də bu mövzularda fikir bildirənlərdən xahiş edirəm ki, bu günkü həssas məqamda hakimiyyətə qarşı olan narazılıqlarını dövlətçiliyimizə qarşı yönəltməsinlər"
Leyla Demokrat.az


