Martın 27-də səhər saatlarına olan məlumata görə, Rusiyanın silahlı təcavüzü nəticəsində 139 uşaq həlak olub, 205-dən çox uşaq yaralanıb.
Demokrat.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Ən çox zərər çəkmiş uşaqlar Kiyev vilayətində - 65, Xarkov vilayətində - 45, Donetsk vilayətində - 53, Çerniqov vilayətində - 38, Nikolayev vilayətində - 29, Luqansk vilayətində - 25, Zaporojye vilayətində - 19, Xerson vilayətində - 21, paytaxtda - 16, Jitomir vilayəti - 15 və Sumi vilayəti - 14 ərazi.
Qeyd edək ki, martın 26-da işğalçıların Zaporojye vilayətinin Melitopol şəhərini atəşə tutması nəticəsində iki uşaq yaralanıb.
Rusiya hərbçiləri Kiyev vilayətinin Boyarka qəsəbəsini atəşə tutublar, nəticədə uşaq yaralanıb.
Xatırladaq ki, martın 26-na olan məlumata görə, 136 uşaq öldürülüb.
Zamiq Demokrat.az


