Ukrayna hərbçiləri paytaxt Kiyevə daxil olmaq istəyən Rusiya qoşunlarını onlarla kilometr geriyə qaytarıblar.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib.
O, vurğulayıb ki, Kiyev yaxşı müdafiə olunur və şəhərin müdafiəsi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri tərəfindən həyata keçirilir.
Motzuyanik Ukrayna əsgərlərinin Rusiya qoşunlarını Kiyevin 70 kilometrədək geri oturdulduğunu bildirib. O, həmçinin, qarşı tərəf bəzi mövqelərdə 35 kilometr geri çəkildiyini qeyd edib.
Zamiq Demokrat.az


