Gündəm

“Rusiya müharibə zonalarında qalan minlərlə insanı oğurlayır"

“Rusiya müharibə zonalarında qalan minlərlə insanı oğurlayır

Rusiya alternativ “humanitar reallıq” yaradır və ölkəsində Mariupol sakinləri üçün özünün qondarma “evakuasiya marşrutları”nı işə salmağa çalışır. Demokrat.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk bildirib.

O, qeyd edib ki, işğalçılar tərəfindən zorla çıxarılan ukraynalıların sayı indi 40 min nəfər ola bilər. "İşğalçı minlərlə insanı müharibə zonalarından və ya müvəqqəti işğal olunmuş ərazilərdən oğurlayır, onları naməlum istiqamətə - Ukrayna ilə razılaşmadan özünün yaratdığı kvazi-humanitar dəhlizlərə aparır" - deyə Vereşçuk açıqlayıb.

Qeyd edək ki, çətinliklərə baxmayaraq, martın 26-da Rusiyanın Vasilyevka keçid məntəqəsində bağlanmış mariupolluların olduğu 53 avtobus, xəstələr və uşaqlar olan təcili yardım maşınları Zaporojyeyə çata bilib.

Zamiq Demokrat.az

D
demokrat.az