Gündəm

"Qarabağda separatçı ünsürlərin at oynatmalarına biz göz yummayacağıq"

Qarabağda separatçı ünsürlərin at oynatmalarına biz göz yummayacağıq

"Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsindəki separatçı ünsürlər ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin dünənki açıqlamalarından ruhlanaraq ordumuzun bölmələrinə qarşı növbəti təxribata cəhd ediblər".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Qarabağda separatçı ünsürlərin at oynatmalarına biz göz yummayacağıq
Deputat qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə bu təxribatın da qarşısı alınıb və itkimiz də yoxdur. Xankəndidəki separatçı ünsürlər də kölgəsinə sığındıqlarının, eləcə də ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin narazılıqlarına rəğmən Azərbaycan ordusunun "son günlər ələ keçirdiyi mövqelərdən" çəkilmədiyini, gedən döyüşlərdə 3 zinvor itirdiklərini, 14-nün isə yaralandığını xəbər verir. Ukraynadakı "özəl əməliyyat"ın bizim regionda geosiyasi alət rolunda çıxış edən ünsürlərin davranışına təsirsiz ötüşməməsində təəccüblü heç nə yoxdur. Belə hallar proqnozlaşdırılırdı".

S.Alıyev qeyd edib ki, təəccüb doğuran ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin açıqlamalarıdır: "Ölkələrindəki hay lobbisiylə sıx iş birliyində olanlar, deyəsən, unudurlar ki, Qarabağ Azərbaycan torpağıdır və Ukraynada "özəl əməliyyat" aparan Rusiyanın "tikinti materialı"yla davamlı təmin etdiyi Ermənistan ordusunun tör-töküntüləriylə separatçı ünsürlərin orada at oynatmalarına biz göz yummayacağıq".

Aynurə Demokrat.az

D
demokrat.az