“Rusiyada fəaliyyətini dayandıran xarici şirkətlər geri qayıtmaq istəyirlər. Bizdən əmlaklarını milliləşdirməməyi xahiş edirlər”.
Busözləri Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində bildirib.
“Qayıdacaqlar. Söhbət vaxt və hansı itkilərlə qayıdacaqlarından gedir. Biz kifayət qədər böyük bazarıq. Gəlirlərinin bir hissəsindən imtina etmək istəyirlərsə, lap yaxşı- imtina etsinlər. Onlarsız da yaşaya bilərik . Amma imtina etmək istəmirlər”,– deyə Medvedyev bildirib.
“Onlar arxada pıçıltı ilə bizə deyirlər ki, vəziyyətin həllini gözləyir, Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə həllinə ümid edirlər. Digər tərəfdən bizdən xahiş edirlər ki, onları “siyahıdan silməyək”. “Bizi milliləşdirməyin, çünki biz qayıtmaq istəyirik”- deyrlər”, – Medvedev bildirib.
Demokrat.az


