Gündəm

"Avropa hansısa formada Vaşinqtonun və NATO-nun əsirinə çevrilib" — EKSPERT

Avropa hansısa formada Vaşinqtonun və NATO-nun əsirinə çevrilib — EKSPERT

Ukrayna ilə bağlı baş verən münaqişənin hərbi eskalasiyası təkcə Avropada deyil, bütün dünyada rezonans doğurub. Düzdür, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı ciddi itkilərə məruz qalacaq və bu birmənalıdır, lakin nəzərə almaq lazımdır ki, bir çox ölkələrdən fərqli olaraq, Rusiya resurslar baxımından özünü təmin edən ölkədir. Digər tərəfdən isə Rusiya iqtisadiyyatı böyük imkanlara malik bir bazar olan Çinə də fokuslana bilər. (Çin üçün də Rusiyanın qazı və nefti sərfəli qiymətlə əldə etməsi hava-su kimin lazımdır).

Demokrat.az xəbər verir ki, bu barədə hərbi-siyasi ekspert Telman Qasımov məlumat verib:

"Bir çox ölkələr, o cümlədən Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa ölkələri xammal tədarükü baxımından Rusiyadan çox asılıdır. Daha çox ərzaq təhlükəsizliyidir. Ukraynada müharibə davam edərkən, müxtəlif peşəkar qurumlar artıq qlobal şəkildə kənd təsərrüfatı məhsullarının qıtlığı ilə bağlı öz dərin narahatlıqlarını bildirirlər. Rusiya və Ukrayna təkcə qlobal təchizat zəncirində mühüm rol oynamır, həm də buğda, arpa, qarğıdalı, yağlı toxumlar və soya kimi qida məhsullarının əsas istehsalçılarıdır. Bundan əlavə, Rusiyaya qarşı sanksiyalar ümumilikdə kənd təsərrüfatı istehsalına mənfi təsir göstərəcək, çünki ölkə torpağa kalium, ammonyak, digər qida maddələri və gübrələrin əsas ixracatçısıdır. Bu gün artıq göz qabağındadır ki, ərzaq məhsullarının qiyməti kəskin artıb. Məsələn, buğdanın qiyməti son 13 ilin maksimum həttinə çatıb və onun daha da bahalaşması mümkündür. Ərzaq böhranının təkcə Asiya və Afrikanın az inkişaf etmiş ölkələrini deyil, həm də ölkələrinə köçmüş minlərlə ukraynalı qaçqını ərzaqla təmin etməli olan Avropa ölkələrini də vuracağı gözlənilir. (artıq fəsadları görünməkdədir). Təsadüfi deyil ki, Fransa prezidenti Makron artıq ərzaq qiymətlərinin artması fonunda ölkənin aşağı və orta gəlirli təbəqələrinin ciddi problemlərlə üzləşə biləcəyini vurğulamış və dövlətin bu insanlara yardım göstərə biləcəyini istisna etməmişdir. Üstəlik Avropa da enerji idxalı məsələsi ilə bağlı ciddi problemlə üz-üzədir. Əgər Rusiya neftinin əvəzinə Avropa onu az-çox başqa hasil edən ölkələrdən təmin edə bilirsə, deməli, qaz problemi isə kifayət qədər ciddi məsələ olaraq qalmaqdaır. Problem ondadır ki, Avropa İttifaqı təbii qazın təxminən 40%-ni Rusiyadan alır və heç bir başqa qaz təchizatçısı Rusiyanın tədarükünü tamamlaya bilməz. Bunu təbii ki, Avropa ölkələrinin rəhbərləri də başa düşürlər"

Ekspertin sözlərinə görə, Almaniya Rusiya qazından asılıdır və buna baxmayaraq Almanya hakimiyyəti Ukrayna böhranı naminə öz iqtisadi maraqlarına zərər vuran bir sıra addımlar atıb:

"Məsələn: “Şimal axını-2” sertifikatlaşdırma prosesini dayandırmağa qərar verməklə. Bu ün isə Avropanın dizel yanacağının ehtiyyatı təxmini 40 günlük təşkil edir və Avropa ölkələri metal xammal idxalında Rusiyadan asılıdır. Və təsadüfi deyil ki, Rusiyaya qarşı sanksiyalar fonunda bəzi metalların, məsələn, alüminium, nikel, misin qiyməti rekord həddə çatıb. Müxtəlif ekspert qiymətləndirmələrinə görə isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Aİ-I ölkələrinin iqtisadi artımını xeyli ləngidir və əngəlləyir hətta yeni tənəzzül ehtimalı da mümkün hesab edilir. Avropadan fərqli olaraq, Birləşmiş Ştatlar xammal tədarükü baxımından Rusiyadan daha az asılıdır və beləliklə, ölkə sanksiyalar tətbiq etmək baxımından daha sərbəst hərəkət edə bilər. Görünən odur ki, iqtisadi cəhətdən güclü Avropa ölkələri ilk növbədə Ukraynada hərbi əməliyyatların dayandırılması səylərində vasitəçilik etməkdə maraqlı olmalı idilər, lakin yeni sanksiyalar.özünə zərər vurmaqla Vaşinqtonun təzyiqinə boyun əyən vahid Avropanın birtərəfli mövqe tutması təəccüblüdür. Və belə bir təəssürat yaranır ki, Avropa hansısa formada Vaşinqtonun və NATO-nun əsirinə çevrilib və yaradılmış təldən çıxa bilmir və bir növ sadomazoxist iş üslubunun generatoruna çevrilir"

Arzu Demokrat.az

D
demokrat.az