Medvedev ABŞ-ın rəqiblərini açıqladı
“Birləşmiş Ştatlar rəqibsiz olduğunu düşünməklə yanılır. Rusiya, Çin və Hindistan var. Birqütblü dünyanın sonu gəlib”.
Demokrat.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA-Novosti-yə müsahibəsində deyib. “Onlar artıq rəqiblərinin olmadığını hesab edirdilər. Aydındır ki, beynəlxalq münasibətlərdə yeni qütblər formalaşacaq”, – Medvedev bildirib.
O, əlavə ki, ABŞ özünü beynəlxalq hüquq kontekstindən kənarda görür: “SSRİ-nin dağılmasından sonra ABŞ özünü qalib və yeganə faydalanan tərəf hesab edirdi. Buna görə də, onlar əmindirlər ki, hər kəsi mühakimə edə, qərar qəbul edə və istədiklərini edə bilərlər”. (Azpost.info)
Demokrat.az


