Gündəm Özəl

Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)

Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)

Milyonçu, neft hasilatçısı və xeyriyyəçi Musa Nağıyev Bakıda tikdirdiyi binalarla və xeyriyyəçilik fəaliyyətilə insanların yaddaşında qalıb. O, 1849-cu ildə Bakıda anadan olub. Kasıb ailədə doğulan Musa kiçik yaşlarından 3-5 qəpiyə palan daşıyırmış. İllərlə çəkdiyi zəhmət hesabına pul yığıb Balaxanıda özünə torpaq sahəsi almağa nail olur.

Milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva babası ilə bağlı xatirələrini Demokrat.az–a danışıb:

“Neft milyonçusu Ağamusa Nağıyev 11 milyonçudan 1-cisi olub. Həm varidatına görə, həm də 98 bina tikdirdiyinə görə. Onun binalarında emblemlər dərc olunurdu, daş emblemlərdir, deməli, hambal xələsi və onun kənarlarında sümbül çələngləri. Yazı da MN hərfləridir. O atasının saman satdığını, özünün hambal olduğunu heç vaxt unutmayıb. O, bu onu çağırtdırıb yük daşıtdırıb. 11 yaşında 16 kq hambal şələsini qaldırmaqdan imtina etməyib. Ailəyə kömək etmək lazım idi, ailədə bundan başqa 4 qardaş böyüyüb. 18 yaşına çatanda sən demə bu əlavə 3 qəpikliklər yığıb, torpaq sahəsi alıb, su quyusu qazdırıb ki, əkinçiliklə məşğul olsun. Bəxti fontan vurub. Nefti o vedrə ilə satıb əvvəlcə, görüb ki, bu gözəl biznesdir.”

Müsahibimiz babasının həyat yolundan danışıb, həmçinin atasını da yad edib.

“Ağamusa Nağıyevin həyat yoldaşı Səlma xanım olubdur. Çox gözəl həyat qurublar. İki övladları olub, ilk övladı Ümbülbanu olub. 1906-cı ildə İsmayıl dünyasını dəyişir, o vaxtı qardaşı Ağəli, yəni mənim əsl babam, deyir 4 övladım var, hansını istəyirsən götür, sənə oğul əvəzi olsun. Çünki həm Ümbülbanunu həm də İsmayılı itirib. Musa deyir ki, bu bələkdə olan Ələsgəri, mənim atamı oğulluğa götürür. 1 yaşına çatanda onun adını dəyişir Fərəc qoyur. Fərəc də dərin məna daşıyır, kədərdən sonra gələn sevinc. Ona İsmayıl kədərini Fərəc unutdurur. Atam Ağamusa Nağıyevin sağlığında da teatrla, incəsənətlə maraqlanıb. Ona deyiblər ki, Ağamusa sənin pulların teatra gedir. O da deyib ki, nə olursa olsun, mən də hambal olmuşam. Atam 20 satirik şeir, intermediyalar yazıb. Ən əsası uşaqlıqdan onu Qaravəlli maraqlandırırdı. 70 səhifəlik ssenari qurur Qaravəlli haqqında. Hətta Dərbənddə ilk dram teatrını təməlini atam qoyub. Novruz bayramlarında yazılan Qaravəlli atamın yazdıqlarıdır.”

Musa Nağıyevin Bakıda tikdirdiyi bir çox tarixi binalarla da tanınır. Onun bu qədər çox bina tikdirməsi isə təsadüfi deyilmiş.

“Quranda bir ayə var ki, çox tikən çox yaşayır. Ona görə də bu qarşısına 100 bina tikdirməyi məqsəd qoyur. 70 yaşında onun 98 binası var idi. 70 yaşında da vəfat edir. İsmayıl sağ ikən İsmailiyə binasının analoqu İsveçrə şəhərindədir. İsmayılı müalicə edəndə görür, deyir ki, İsmayıl yaxşı olanda belə bir binanı onun üçün saray tikdirsin. Tapdığım 98 binadan 81-i kataloqa siyahıya salmışam. 41-də universitetlər, idarələr, nazirliklər, xəstəxanalar yerləşir.”

Paytaxtımızın estetik quruluşunun formalaşmasında müstəsna xidmətləri olan Musa Nağıyev xeyriyyə işlərinə də çox pul xərcləyib.Buna görə də Dilarə Nağıyeva hər zaman Babası ilə qürur duyacağını deyir.

“Mən bu gün Ağamusa Nağıyev kimi kişinin nəvəsi kimi tanınmışam. Yazıçı kimi onun adını təxəllüs götürmüşəm. Mən fəxr edirəm ki, mənim Ağamusa Nağıyev kimi babam, Fərəc Nağıyev kimi atam olub. Artıq 30 ildir bu yoldayam. Onun tədqiqatçısıyam, silsilə kitablar yazmışam. Kitablarımın sayı 9-a çatır. Hər yerdə onun fəaliyyətindən, sahibkarlıqdan və xeyriyyəçiliyindən söz açmışam.”

Dilarə Nağıyeva babasının xatirəsini əbədiləşdirmək üçün 2 film də çəkib.

Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)
Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)
Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)
Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)
Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)
Bəxti fontan vuran Musa Nağıyev — FOTOLAR (MÜSAHİBƏ)

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az