Gündəm

Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu cümə axşamı Ermənistanınmüdafiə naziri Suren Papikyanla telefon danışığı aparıb.

Demokrat.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Hərbi idarələrin rəhbərləri regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda tapşırıqları yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - deyə nazirlikdən bildirilib.

Demokrat.az

D
demokrat.az